UEFA prezidenti: "Hakim, hakim olmalıdı, robot yox"

11:35 24 Noyabr 2017

UEFA prezidenti Aleksandr Çeferin gələn il Rusiyada təşkil ediləcək dünya çempionatında videotəkrar texnologiyasından istifadənin əleyhinədi.

 

Sportarena.az xəbər verir ki, Avropanın ali futbol qurumunun rəhbəri İtaliya mətbuatına açıqlamasında gələnilki mundialda bu texnologiyadan istifadənin erkən olduğunu deyib:

 

“Hələ çox tezdi. Bilirəm ki, videotəkrar texnologiyasının tam tətbiqi vaxt məsələsidi. Lakin mən əvvəlki kimi, mühafizəkar olaraq qalıram. Fikrimcə, hakim, hakim olmalıdı, robot yox”.


Digər xəbərlər

Xəbər xətti