Avropa Liqasında 16 komanda pley-off-da

12:26 24 Noyabr 2017

Futbol üzrə Avropa Liqasında V turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, qitənin müxtəlif ölkələrində ümumilikdə 24 matç baş tutub. Bu görüşlərdən sonra 1/16 finala vəsiqə qazanan komandaların sayı 16-ya çatıb.

 

Daha əvvəl Ukraynanın "Dinamo” (Kiyev), Rumıniyanın "Styaua”, İngiltərənin "Arsenal”, İtaliyanın "Latsio” və Rusiyanın "Zenit” klubları bu vəzifənin öhdəsindən gəlməyi bacarmışdılar. Hesabat turundan sonra isə bu siyahıya İspaniyanın "Vilyarreal”, "Real Sosyedad", İtaliyanın "Milan”, "Atalanta”, Fransanın "Lion”, "Nitsa", Serbiyanın "Partizan”, Portuqaliyanın "Braqa”, Çexiyanın "Viktoriya”, Avstriyanın "Zaltsburq” və İsveçin "Ostersun” komandaları da qoşulub.

 

Türkiyə təmsilçilərindən "Başakşehir" Bolqarıstanda "Lüdoqorets"ə 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələ şanslarını son tura saxlayıb.


Digər xəbərlər

Xəbər xətti