"Qarabağ" - "Beşiktaş" oyununun vaxtı açıqlandı

12:41 24 Noyabr 2017

Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”la yoldaşlıq görüşü keçirəcək.

 

Sportarena.az xəbər verir ki. Bu barədə məlumatı qardaş ölkə mətbuatı yazıb. Bildirilir ki, qarşılaşma komandalar qış fasiləsinə yollandığı zaman keçiriləcək. İstanbul klubunun baş məşqçisi Şenol Günəşin noyabrın 22-də baş tutan səfəri zamanı tərəflər bu barədə razılığa gəliblər. Görüş böuük ehtimalla Bakıda keçiriləcək.

 

Qeyd edək ki, Günəş Bakıya səfəri zamanı klubun bazası və infrastrukturu ilə yaxından tanış olub. Həmin gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" matçını (0:4) Bakı Olimpiya Stadionundan izləyib.


Xəbər xətti