Qurban Qurbanovdan Şenol Günəşə: "Hər kəs sizdən danışır"

13:23 24 Noyabr 2017

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəşin “Qarabağ”la “Çelsi” arasında Çempionlar Liqası matçını (0:4) izləmək üçün Bakıya gəldiyini məlumat vermişdik.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşən Günəş “Qarabağ”a hər zaman dəstək olmağa hazır olduqlarını deyib:

 

“İrəliləməkdə olan bir futbol ölkəsi üçün heç də az sayılmayacaq uğurlara imza atmısız. Çempionlar Liqası səbr istəyir, biz də bu günlərə belə gəldik. Bir türk olaraq qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurlanırıq. Əlimizdən gəldiyi qədər yardıma hazırıq. Planlı çalışaraq, daha da irəli gedəcəyinizə əminik”.
 

Qurbanov Şenol Günəşə təşəkkür edib:

 

“Qardaş ölkənin komandasının Çempionlar Liqasında xarüqələr yaratması Azərbaycan xalqını xoşbəxt edib. Hər kəs sizdən danışır. Həm klub, həm də baş məşqçi olaraq sizi örnək alırıq və buna davam edəcəyik. Bir türk baş məşqçinin uğurları ilə fəxr edirik. Sizə təşəkkür edirik. “Beşiktaş”ın izindən gedəcəyik və sizin kimi uğurlu olmağa çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti