Özilin "Barselona" ilə bağlayacağı müqavilənin detalları açıqlandı

14:50 24 Noyabr 2017

Mövsümün sonunda “Arsenal”la müqavilə müddəti bitəcək Məsut Özilin qış fasiləsində komandanı tərk edəcəyi, "Barselona" ilə anlaşacağı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Kataloniya radiosu Özilin "göy-qırmızılar"la bağlayacağı müqavilənin detallarını açıqlayıb. Xəbərdə Almaniya millisinin üzvünün meneceri Erkan Söğütdən alınan məlumata görə, Kataloniya təmsilçisinin qışda türk əsilli yarımmüdafiəçini 20 milyon avro qarşılığında heyətinə cəlb edəcəyi qeyd edilib. Onunla 3,5 illik müqavilə bağlanacaq. 

 

Xatırladaq ki, “Barselona” daha öncə “Liverpul”un üzvü Filippe Koutinyo ilə anlaşmağı planlaşdırsa da, braziliyalının keçidi alınmadıqdan sonra Məsut variantı üzərində dayanıb.


Xəbər xətti