Arşavinin xanımı fikrini dəyişdi, boşanmayacaqlar - FOTOLAR

18:03 24 Noyabr 2017

"Kayrat"ın 35 yaşlı rusiyalı futbolçusu Andrey Arşavinin xanımı Alisa Kazmin boşanma ərizəsini geri götürüb.

Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən il ailə quran cütlük bu ilin oktyabrda ayrılmaq qərarına gəlib. İlk addımı Alisa atıb. Buna səbəb Andreyin ona xəyanət etməsi olub. Futbolçu özü də bu barədə danışıb və günahını etiraf edib. O əlavə edib ki, heç nəyə baxmayaraq ailəsini itirmək istəyir.

Bu gün isə məlum olub ki, Alisa Arşavini bağışlayıb və ailəvi Maldiv adalarına dincəlməyə yollanıblar.  Kazmin təyyarədə və adada çəkilmiş fotoları izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Arşavin 4 uşaq atasıdır. Onun ilk üç uşağı vətəndaş nikahında yaşadığı Yuliya Baranovskayadandır. Onlar ayrıldıqdan sonra futbolçu uşaqları ilə də əlaqəsini kəsib. Alisanın da ilk ərindən iki uşağı var.



Digər xəbərlər

Xəbər xətti