Kamran oynadı, 4 top buraxdı

10:35 25 Noyabr 2017

Futbol üzrə Çexiya çempionatında 15-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Praqa “Dukla”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

 

Kamran da bu görüşün iştirakçısı olub. Qırmızı vərəqə aldığı üçün ötən tur meydana çıxmayan futbolçumuz bu görüşdə ilk dəqiqələrdən sonadək meydanda olub və 4 qola üzülüb.

 

Geridə qalan turlarda 17 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti