"Zirə"də azarkeşlərlə görüş keçirildi

11:14 25 Noyabr 2017

"Zirə" klubunun baş məşqçisi Ayxan Abbasov və icraçı direktor Cahangir Məmmədov azarkeşlərlə görüşüb.

 

Sportarena.az xəbər verir ki, Ayxan Abbasov azarkeşlərə komandaya göstərdikləri dəstəyə görə təşşəkkür edib və "Qarabağ"la çətin qarşılaşmada da onlardan bunu gözlədiyini deyib. Azarkeşlər də komandanın göstərdiyi nəticələrin onları sevindirdiyini dilə gətirməklə yanaşı, qarşıdakı çətin qarşılaşmada da dəstəylərini əsirgəməyəcəklərini bildiriblər.

 

Zirə İdman Kompleksində baş tutan ənənəvi görüşdə həmçinin, Ayxan Abbasov azarkeşləri maraqlandıran sualları cavablayıb.


Digər xəbərlər

Xəbər xətti