"Qarabağ"ım müraciət etdi, Premyer Liqanın və ölkə kubokunun təqvimi dəyişdi

14:48 25 Noyabr 2017

Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportarena.az xəbər verir ki, klub İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək, Topaz Premyer Liqasının 14-cü turunda və Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib.

 

PFL “Qarabağ”ın Azərbaycanı Avropada təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq aşağıdakı qərarları qəbul edib:

 

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Qarabağ” - “Neftçi” matçı 2 dekabr tarixdən 1 dekabr tarixə keçirilsin.

 

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - “Qaradağ Lökbatan” və “Neftçi” - “Zaqatala” matçları 29 noyabr tarixdən 28 noyabr tarixə keçirilsin.

 


Digər xəbərlər

Xəbər xətti