Araz Abdullayev qol vurdu

10:17 26 Noyabr 2017

Futbol üzrə Kipr çempionatında 13-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “AEL Limassol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Abdullayev vurub. Millimizin üzvü 12-ci dəqiqədə hesabı açsa da, komandası bu üstünlüyü qoruya bilməyib.

 

Geridə qalan turlarda 27 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.


Digər xəbərlər

Xəbər xətti