Rauf Əliyev oynadı, komandası qalib gəldi

10:36 26 Noyabr 2017

Futbol üzrə Albaniya çempionatında 12-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Laçi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 73-cü dəqiqədə əvəzlənib.

 

“Kukesi” geridə qalan turlarda 22 xal toplayıb və 10 komanda arasında ikinci pillədə qərarlaşıb.


Xəbər xətti