Şəhriyar Məmmədyarov iddiaçılar turnirində

Sportarena.az      26 Noyabr 2018, 11:17

2018-ci ilin martın 10-dan 28-dək Berlində keçiriləcək şahmat üzrə iddiaçılar turnirinin bütün iştirakçılarının adı bəlli olub.
 
Sportarena.az xəbər verir ki, Palma de Malorkada keçirilən FİDE Qran Prisinin sonuncu turundan sonra iddiaçılar turnirinin bütün iştirakçıları məlum olub. İddiaçılar turnirinə iki vəsiqəyə azərbaycanlı qrossmeysterlərdən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov, habelə rusiyalı Aleksandr Qrişuk və fransalı  Maksim Vaşye Lyaqrav iddia edib.

Teymur macarıstanlı Rixard Rapportla heç-heçə oynayaraq 4,5 xal qazanıb və ümumi nəticədə 62 xalla 3-9 yerləri bölüb.   
 
Bu oyunun nəticəsində Şəhriyar Məmmədyarov və Aleksandr Qrişuk mövqelərini qoruya bilib və iddiaçılar turnirinə vəsiqə qazanıblar.  
 
İddiaçılar turnirinin qalibi çempion tacını norveçli Maqnus Karlsendən almağa cəhd edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin