Qışda "Real"da ayrılıq olacaq? - RƏSMİ AÇIQLAMA

13:31 26 Noyabr 2017

"Real" qarşıdan gələn qış transfer pəncərəsi zamanı heç bir futbolçusu ilə yolları ayırmayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Madrid klubununun baş məşqçisi Zinəddin Zidan "Malaqa" ilə oyundan sonra (3:2) keçirilən mətbuat konfransında məlumat verib:

 

"Qışda komandadan heç kim getməyəcək. Yeni transferlərə gəlincə, hər şey ola bilər. Ancaq hazırda bu barədə danışmaq istəmirəm".


Digər xəbərlər

Xəbər xətti