İngiltərədə azarkeş dördüncü hakim oldu - FOTO + VİDEO

13:50 26 Noyabr 2017

İngiltərənin Championship Liqasının son turu çərçivəsində baş tutan "Norviç" - "Preston" (1:1) matçında maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin azarkeşi 4-cü hakimin funksiyalarıını yerinə yetirib. Buna oyun zamanı yan xətt hakimi Mark Consun zədələnməsi səbəb olub. Onu ehtiyat hakim Endi Devis əvəzləyib. "Norviç"nin azarkeşi Devid Tornhill isə Devisin yerinə keçərək matçın yarımçıq dayandırılmasının qarşısını alıb.

 

Tornhill yerli futbol oyunlarını referi kimi idarə edib. Onun 4-cü hakim kimi ilk işi görüşün əsas vaxtına 10 dəqiqə əlavə olunduğunu elektron lövhədə göstərmək olub.

 

 


Xəbər xətti