Messi "Barselona" ilə müqaviləni yenilədi - RƏSMİ

16:29 26 Noyabr 2017

“Barselona”nın futbolçusu Lionel Messi klubu ilə yeni müqavilə imzalayıb.

Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Argentinalı hücumçu daha 4 il “Barsa”da çıxış edəcək. Onun yeni müqaviləsi 2021-ci ilin iyun ayına qədərdir.

 

Yeni sözləşməyə əsasən, Messini transfer etmək istəyən klub "Barselona”ya 700 milyon avro ödəməli olacaq.
 


Xəbər xətti