Millimizin üzvü oynadı, komandası qalib gəldi

10:16 27 Noyabr 2017

Futbol üzrə Ukrayna çempionatında 17-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Karpatı” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Paşayev qarşılaşmanın 71-ci dəqiqəsində meydana buraxılıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 18 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti