"Milan" Montellanı göndərdi - Əvəzləyicisi məlumdu

14:56 27 Noyabr 2017

İtaliyanın “Milan” klubunda baş məşqçi dəyişikliyi reallaşıb.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, Milan təmsilçisi Vinçentso Montella ilə yollarını ayırıb. Montellanın gedişinə səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidi.

Artıq “rossonyerlər”in “sükanı arxasına” kimin keçəcəyi də məlum olub. Futbolçu kimi uzun illər “Milan”da forma geyinmiş, bu klubun aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərmiş Cennaro Qattuzo baş məşqçi postuna keçib.

“Milan” A seriyasında 14 turdan sonra 20 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb.


Digər xəbərlər

Xəbər xətti