"Mançester Siti"dən yeni rekord

15:20 27 Noyabr 2017

İngiltərə Premyer Liqasının 13-cü turunda səfərdə “Haddersfild”i məğlub edən (2:1) “Mançester Siti” rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, debütantı 2:1 hesabıyla məğlub edən “şəhərlilər”, bütün turnirlərdə ardıcıl 11-ci səfər qələbəsini qazanıb. Bu, İngiltərə klubları arasında ən yüksək göstəricidi. Mançester təmsilçisi bu rekorda Çempionlar Liqası, İngiltərə Liqa kuboku və Premyer Liqadakı qələbələri sayəsində nail olub.

 

Xatırladaq ki, 13 turdan sonra 37 xala malik “Mançester Siti” Premyer Liqada liderdi. Xosep Qvardiolanın yetirmələri Çempionlar Liqasının qrupunda keçirdiyi 5 oyunun hamısını qələbə ilə başa vurub və son turdan öncə qrup liderliyini təmin edib.


Xəbər xətti