"Kəpəz" kubok oyununa hazırlaşır

18:21 27 Noyabr 2017

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Binə” ilə oynayacaq "Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına start verib.
 
Sportarena.az xəbər verir ki, komandanın məşq prosesi Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirilib. Gəncə klubunun sabaha təyin olunan məşqi isə "Dalğa Arena”da olacaq. "Sarı-göylər” saat 16:00-da çalışmalara çıxacaq.  
 
Qeyd edək ki, "Kəpəz” – "Binə” oyunu noyabrın 29-da "Dalğa Arena”da keçiriləcək. Oyun saat 13:30-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti