Prosineçki Sloveniya millisində çalışmayacaq

11:53 28 Noyabr 2017

Millimizlə dekabrda bitəcək müqavilə müddətini artırmayan Robert Prosineçkinin Sloveniya yığması ilə danışıqları uğursuz alınıb.

 

Sportarena.az xəbər verir ki, bir müddət öncə sloveniyalıların xorvat mütəxəssisin xidmətində maraqlı olması barədə xəbərlər yayılsa da, Sloveniya Futbol Assosiasiyası sonda yerli mütəxəssis Tomaj Kavçiçlə anlaşmaq qərarına gəlib. Bu barədə məlumatı yerli mətbuat yayıb. Qərarın yaxın günlərdə rəsmən açıqlanacağı qeyd edilib.

 

Prosineçkinin xidmətində Bosniya və Herseqovina millisi ilə yanaşı, Avstriyanın “Şturm” komandasının da maraqlı olduğu deyilir.


Xəbər xətti