AÇ-2020: Açılış oyununa namizəd şəhərlər açıqlandı

15:50 28 Noyabr 2017

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatına namizəd şəhərləri açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda  Amsterdam (Hollandiya), Brüssel (Belçika), Qlazqo (Şotlandiya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərləri yer alıb. Açılış matçına ev sahibliyi edəcək şəhərin adının dekabrın 7-i açıqlanacağı bildirilib.

 

Qeyd edək ki, 12 iyun – 12 iyulda təşkil olunacaq 2020-ci il Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək.Turnirin 4 matçı (3 qrup, 1 1/4 final) Bakıda oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti