İngiltərə klubunda yeni baş məşqçi

16:35 29 Noyabr 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç” yeni məşqçiylə anlaşıb.

 

Sportarena.az xəbər verir ki, “göy-ağlar”ı bundan sonra Alan Pardyu çalışdıracaq. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 56 yaşlı mütəxəssislə 2,5 illik müqaviə bağlanıb.

 

Xatırladaq ki, komanda mövsümə Toni Pyulislə başlasa da, uğursuz nəticələrdən sonra onu istefaya göndərmişdi.

 

Hazırda hesabında 12 xal olan “Vest Bromviç” 16-cı pillədə qərarlaşıb.


Xəbər xətti