Klublararası dünya çempionatının son iştirakçısı müəyyənləşdi

11:28 30 Noyabr 2017

Braziliyanın "Qremio" təmsilçisi klublararası dünya çempionatı – 2017-nin son iştirakçısı olub.

 

Sportarena.az xəbər verir ki, komanda Libertadores kubokunun qalibi kimi sözügedən turnirə vəsiqə qazanıb. "Qremio" kubokun finalında "Lanus"u məğlub edərək fəxri mükafata sahib çıxıb.

 

Beləliklə,  klublararası dünya çempionatında "Real" (İspaniya), "Qremio" (Braziliya), "Urava Red Daymonds" (Yaponiya), "Vidad" (Mərakeş), "Paçuka" (Meksika), "Oklend Siti" (Yeni Zelandiya) və "Əl-Cazira" (BƏƏ) iştirak edəcək.

 

Qeyd edək ki, sözügedən turnir 6-16 dekabr tarixlərində BƏƏ-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti