FİFA yeni turnir keçirəcək - Klublar arasında

11:52 30 Noyabr 2017

FİFA klublararası dünya çempionatı ilə bağlı dəyişikliklər edəcək.

 

Sportarena.az xəbər verir ki, 2021-ci ildən Superçempionat adlanacaq turnirdə 24 komanda iştirak edəcək. Turnir 4 ildən bir keçiriləcək.

 

FİFA-nın Kəlküttədə keçirilən iclasında bu məsələ ilə bağlı müzakirələr aparılsa da, konkret qərar qəbul olunmamışdı. Bu günlərdə “Marca” turnirin sistemi ilə bağlı məlumatlar əldə edib.

 

Superçempionatda Avropanın 12 klubu iştirak edəcək. 8 klub Çempionlar Liqasının son qalibləri və finalçılardan ibarət olacaq. Daha 4 komanda isə əmsala görə müəyyənləşəcək.

 

Cənubi Amerikadan turnirə 5 klub qatılacaq. Qalan 7 komanda isə Afrika, Asiya, Şimali və Mərkəzi Amerikanı, Karib hövzəsi ölkələrini təmsil edəcək.

 

24 klub hər birində 3 komanda olmaqla 8 qrupa bölünəcək. Qrup qalibləri 1/4 finala vəsiqə qazanacaq. Superçempionat DÇ-yə bir il qalmış təşkilatçı ölkədə keçiriləcək.

 

Qeyd edək ki, hər il dünya çempionatından əvvəl milli komandalar Konfederasiyalar kuboku keçirilir. Yeni turnir təşkil edilərsə, sözügedən yarış tarixə qovuşacaq.


Digər xəbərlər

Xəbər xətti