Sportarena.az
17 Dekabr 2017

Xəyal Nəcəfov: "Qarabağ"dan sonra Azərbaycanın ən güclü klubu "Sumqayıt"dı"

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sumqayıt"ın futbolçusu Xəyal Nəcəfov klubun "facebook" səhifəsində ona ünvanlanan sualları cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir: 

 

- Futbola gəlişin barədə məlumat verərdin. İlk məşqçin kim olub?
- 7 yaşım olarkən Sumqayıt şəhərində futbola yazılmışam. İlk məşqçim Tağı Məmmədov olub. 10 yaşım olarkən isə "Sumqayıt" Futbol Klubunun akademiyasına seçilmişəm. Akademiyamızda olarkən Zaur Hidayətov və Vəfadar Quliyevdən futbolun sirrlərini öyrənmişəm. Daha sonra əvəzedici, ardından isə əsas komandaya yüksəlmişəm.

 

- Bir gün "Sumqayıt"dan ayrılsan hansı klubda oynamaq istərdin?
- "Sumqayıt"dan ayrılsam, yalnız ölkə xaricində çıxış etməyi istərdim.

 

- Xəyal, hər zaman pozitiv olmağı necə bacarırsan?
- Həqiqətən nə cavab verəcəyimi bilmirəm. 

 

- Xəyalındakı klub hansıdı?
- "Mançester Yunayted".

 

- Messi, yoxsa Ronaldo?
- Hər ikisi sözsüz ki, dünyanın ən güclüsüdü. Amma mənin seçimim nə Messidi, nə də Ronaldo.

 

- Növbəti mövsüm başqa kluba getmək fikrin var?
- Gələcəklə bağlı plan qurmağı sevmirəm.

 

- Türkiyə Super Liqasında azarkeşlik etdiyin klub hansıdı?
- "Qalatasaray"a azarkeşlik edirəm.

 

- Əsas heyət üzvünə çevrilməyində limitin rolu çoxdu, yoxsa...
- Bu sualı mənə çox ünvanlayırlar. Gəlin unutmayaq ki, ötən mövsüm də əsas heyətdə çıxış edirdim. Onda ki, limitə düşən fubolçu deyildim.

 

- Karyeranı "Sumqayıt"da bitirməyi istəyirsən?
- Hələ gəncəm. Karyeramın sonu haqqında nəsə düşünməmişəm.

 

- Kumirin kimdi?
- "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi David Silvanın oyununu çox bəyənirəm. Kumirim deməsəm də, bəzi hərəkətlər var ki ondan götürməyə çalışıram.

 

- Avropa Liqasına düşmək üçün "Sumqayıt"ın şansı nə qədərdi?
- Daha yüksək yerlər üçün bütün komanda olaraq çalışırıq. Faiz etibarı ilə heç nə deyə bilmərəm.

 

- Milli komandada oynamağı arzulayırsan?
- Milli komandada oynamaq hər bir futbolçunun arzusudu. Belə ki, U-19 millimizdə Nazim Süleymanov, U-21-də isə Yaşar Vahabzadə və Samir Ələkbərovun rəhbərliyi dövründə çıxış etmişəm. Amma ən böyük arzum A millidə çıxış etməkdi. Düşünürəm ki, bu arzumu reallaşdırmaq öz əlimdədi. Öz üzərimdə çalışsam və daha az səhv edəcəyim təqdirdə bu iş mənim üçün daha da asanlaşar.

 

- Öz mövqeyində oynayan ən bəyəndiyin futbolçu kimdi?
- David Silva və Mesut Özil.

 

- Ayda nə qədər məvacib alırsan?
- Azarkeşlərimiz tərəfindən ünvanlanan ənənəvi sualınıza belə cavab verəcəm: Özümə yetəcək qədər maaş alıram.

 

- "Qarabağ"ı çıxmaqla Azərbaycanın ən güclü klubu hansıdı?
- "Sumqayıt".

 

- Özünü peşəkar futbolçu sayırsan?
- Hər hansı bir uğur əldə eləməmişəmsə peşəkarlıqdan danışmaq istəməzdim.

 

- Bu günə kimi Premyer Liqamızda gördüyün ən səviyyəli futbolçu kimdi?
- "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda.

 

- Futbolu və "Sumqayıt"ı seçməkdə məqsədin?
- Sumqayıtda doğulduğum üçün futbola bu şəhərdə başlamışam. Futbolu seçməkdə əsas nəqsədim isə təbii ki, bu idman növünə olan sevgimdəndi.

 

- "Qarabağ"da oynamaq istərdin?
- Məncə, hər bir azərbaycanlı futbolçu “Qarabağ”da oynamaq istəyər.

 

- Bu mövsüm "Sumqayıt"dakı məqsədiniz...
- Komanda olaraq əlimizdən gələni etməyə çalışırıq ki, daha üst pillələrdə qərarlaşaq.

 

- Sənə görə, hazırda Premyer Liqada "Xəzər Lənkəran"ın yerini tutan klub varmı?
- Məncə yox.

 

- "Sumqayıt"ın ən sürətli futbolçusu kimdi?
- Ehtiram Şahverdiyev.

 

- "Sumqayıt" azarkeşlərinə nə demək istərdin?
- Bütün Sumqayıt azarkeşlərinə bizləri dəstəklədikləri üçün minnətdarlığımı bildirirəm. Əlimizdən gələndən daha artığını etməyə çalışırıq ki, daim onları sevindirək.

Tarix
30.11.17 [14:42]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio