Nizami Hacıyevlə Mirhüseyn Seyidov hansı bölmədə saxlanılır?

16:52 30 Noyabr 2017

"Keşlə"nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun oyun alqı-satqısında şübhəli bilinərək polis orqanları tərəfindən saxlanılması haqda məsələ gündəmi zəbt etməkdədir. Ancaq maraqlıdır ki, "Keşlə"nin Müşahidə Şurasının sədri də futbolçuların saxlanıldığını təsdiqləsə də onların harada olmasından xəbərsiz olduğunu bildirib. Yəni heç kim bu futbolçuların harada olduğunu bilmir.

 

Sportarena.az Rekord.az-a istinadən xəbər verir ki, hər iki futbolçu Suraxanı Rayon Polis İdarəsinə aparılıb. İlkin dindirmə də orada olub. Futbolçular hələ də orada saxlanılırlar. 


Digər xəbərlər

Xəbər xətti