Millimizin baş məşqçisi: "Buna görə milliyə çağırılmamasını istəyib"

10:34 1 Dekabr 2017

Dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində təşkil ediləcək “4 Top Nations” beynəlxal turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silvanın iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib.

 

Sportarena.az xəbər verir ki, Joze Alesio Da Silva bunları söyləyib:

 

“Hazırlığa 3 gün əvvəl başlamışıq. Bu, az müddətdi, amma turnirə yaxşı hazırlaşmaq üçün səylə çalışırıq. Bilirik ki, bizi çətin sınaq gözləyir. Millinin əksər üzvləri “Araz”ın heyətində yer aldığından işimiz nisbətən yüngüldü.

 

Məşqlərə 17 futzalçı dəvət edilib, amma turnirə 14 oyunçu ilə yollanacağıq. Səfərə aparacağım oyunçuların adlarını sabah keçirəcəyimiz məşqdən sonra açıqlayacam.

 

Hazırkı heyətdə yer alan futzalçılardan yalnız Vassura karyerasını ölkə xaricində davam etdirir. Onun yığmanın düşərgəsinə yaxşı vəziyyətdə qoşulduğunu qeyd edə bilərəm. Vitali Borisovun yığmadan kənarda qalması isə onun öz istəyi ilə bağlıdı. Bir neçə gün əvvəl öz klubu ilə UEFA kubokun elit-raundunda çıxış edib, gərgin çempionat oyunları keçirib. Buna görə milliyə çağırılmamasını istəyib.

 

Turnir çərçivəsində İran, Rusiya və Qazaxıstan kimi güclü rəqiblərlə qarşılaşacağıq. Rusiya dünya çempionatının finalçısı, İran isə bürünc medalçısıdı. Qazaxıstan da mundialda iştirak edib, üstəlik, ötən il keçirilən Avropa çempionatında bürün medal qazanıb. Güclü rəqiblərlə oyunlar bizə böyük fayda verəcək”.


Xəbər xətti