İnfantino: "FİFA-nın reytinqi obyektiv deyil"

16:10 1 Dekabr 2017

FİFA-nın prezidenti Canni İnfantino reytinqlə bağlı maraqlı açıqlama səsləndirib.
 
Sportarena.az xəbər verir ki, prezident FİFA reytinqinin qeyri-obyektiv və çatışmazlıqlar olduğunu qəbul edib. O açıqlamasında yeni sistem üzərində işlədiklərini bildirib.
 
"Bunun üzərində işləyirik. Yeni reytinq piramida kimi görünəcək. Fərqli ölkələrdən, müxtəlif qitələrdən olan komandaları müqayisə etmək çətindi. Çünki demək olar onlar bir-biri ilə oynamırlar. Çatışmazlıqlar var, bu başa düşüləndir, biz onlar üzərində çalışırıq.
 
Rusiyanın da reytinqi azalıb, amma hər şey dünya çempionatından sonra aydınlaşacaq. Onlara uğurlar arzulayıram".


Xəbər xətti