"Roma"nın futbolçusu qəzaya düşdü - FOTO

16:59 1 Dekabr 2017

"Roma"nın futbolçusu Dieqo Perotti avtomobili ilə qəza törədib.

Sportarena.az xəbər verir ki, hadisə futbolçu məşqdən qayıdarkən baş verib. Argentinalı yarımmüdafiəçinin maşını əzilsə də, özü ciddi xəsarət almayıb.

Qeyd edək ki, Perotti bu gün İtaliya A Seriyasında SPAL-la keçiriləcək oyunda iştirak etməyəcək. Onun Çempionlar Liqasının son turu çərçivəsində "Qarabaö"la görüşdə iştirakı da sual altındadı.

 


Xəbər xətti