Sportarena.az
17 Dekabr 2017

Elnur Cəfərov: "Peşman olacağım bir şey etməmişəm"

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin və U-21 millimizin hücumçusu Elnur Cəfərov Sporarena.az saytına müsahibə verib.

 

- Klub tərəfindən cəzalandırıldığın üçün bir müddətdir oynamırsan. Hazırda vəziyyətin necədi? Klub rəhbərliyilə və baş məşqçi Tərlan Əhmədovla aranda yenidən söhbət olub?
- Xeyr, bu məsələ ilə bağlı görüş və ya söhbət olmayıb. Hər şeyə yanvarda aydınlıq gələcək. Klub rəhbərliyi mənimlə bağlı qərar verəcək. Mən "Neftçi"nin futbolçusuyam, klubla müqaviləm var. Hazırda zədəliyəm. Kosova ilə oyun zamanı ayağımdan zədələnmişdim. Bunu demək olar ki, çox adam bilmir. Hətta bir mətbu orqanların bir çoxu belə xəbərsizdilər. Bəlkə də bu səbəbdən əvəzedici komandaya lazım olmamağımla bağlı xəbərlər yazırlar.

 

- Zədən nə vaxt sağalacaq? Milli komandada zədələnmisən, federasiya səni müalicə edir?
- Həm klub. həm də federasiya müalicə edir. Sağalmaq üzrəyəm. Təqribən bir həftəyə hazır olacam. Bildiyiniz kimi, bir həftəyə qış fasiləsi başlayacaq və komanda istirahətə buraxılacaq. Bir də yeni ildə komanda bir araya gələndə məşqlərə başlamalı olacam. 

 

- Evdə müalicə alırsan, yoxsa klubun bazasında?
- Həm evdə, həm də klubun bazasında oluram. Hal-hazırda klubun bazasındayam. Birazdan futbolçularla görüşüb, onlara uğurlar arzulayacam. (Red - Müsahibə "Qarabağ"la oyundan öncə alınıb) Daha sonra komandaya dəstək olmaq üçün "Qarabağ"ın stadionuna yollanacağıq.

 

- Biraz da cəzalanmana səbəb olan qalmaqallı hadisədən danışaq. Baş verənlərə görə peşmansamı?
- Peşmanammı? Peşman olacağım bir şey etməmişəm. Birinci dəfə maşınla çəkilən şəkilin güdazına getdim. Həmin vaxt başqa maşınla şəklimi paylaşsaydım, səs-küyə səbəb olmayacaqdı. Deyirlər ki, 7:0-dan şəkil çəkdirən yerdə gülmüşəm. Hamı kimi mən də şəkil çəkdirən yerdə gülümsünürəm. Bu, təbii bir şeydir. Baxa bilərsiz, şəkillərimin 90 faizi gülən yerdə çəkilib.

 

Azarkeşlə yaşanan hadisəyə gəlincə, heç bir azarkeşin ixtiyarı yoxdur ki, futbolçunun ailəsini təhqir etsin. Hər bir övlada tərbiyə, qanacaq verən anası və atasıdır. Mənim tərbiyəmə, qanacağıma söz deyən ailəmə söz deyir. Mənim ailəmi söysünlər, mən də heç nə eləmiyim? Susmaq da olmur axı... Mən heç kimi "razborka"ya çağırmamışam. Bunu sübut etməyə hazıram. Yazışmalar hələ də qalır. O dedi ki, Almaniyadayam, gələcəm danışarıq. Mən də soruşdum ki, nə vaxt gəlirsən? O, öz yazdığını göstərmədən digər danışıqları göndərib jurnalistə. Söhbətin əvvəli məlum deyil deyə hamı da təsəvvür yaranıb ki, mən onu söhbətə çağırmışam. Məsələ belədir. Mən heç kimi söhbətə çağırmamışam. Bu hərəkət futbolçuya yaraşmaz.

 

 

- Almaniyaya 7:0 məğlubiyyətdən sonra maşınla şəkil paylaşdın...
- Almaniyaya məlum məğlubiyyətdən sonra komanda üzvləri gərgin və əsəbi idi. Bu məqamı nəzərə alan baş məşqçimiz Samir Ələkbərov komanda üzvlərinə bir günlük istirahət verdi. Dedi ki, bacardığınız qədər gərginliyi üzərinizdən atın. Biz də komanda yoldaşlarımızla şəhər gəzintisinə çıxdıq. Maşın gəzinti zamanı qarşımıza çxıdı, mənim deyildi. Maraqlı gəldiyi üçün şəkili paylaşdım. Bilsəydim belə olacaq, paylaşmazdım.

 

- Sosial şəbəkələrdə paylaşımların tənqid olunur. Futbol ictimaiyyəti gənc oyunçu kimi səndən daha fərqli paylaşımlar gözləyirlər...
- Yaşanan son olaylar mənə böyük dərs oldu. Artıq mümkün qədər sosial şəbəkələrdən az istifadə edəcəm. Baş verən hadisələrdən sonra insanları daha yaxından tanımağa başladım. Hər şey mənə dərs oldu.

 

 

- "Xəzər Lənkəran"dan qalmaqallı şəkildə ayrıldın və Avropaya yollandım. Bu necə baş verdi? Qərarında kimlərinsə rolu oldumu?
- "Xəzər Lənkəıran"dan ayrıldığım vaxt "Qarabağ" mənimlə maraqlanırdı. Aramızda danışıqlar olmuşdu, razılaşmışdıq. Ancaq mən hər bir futbolçu kimi Avropada oynayıb, uğur qazanmaq istəyirdim. Ona görə də öncə Portuqaliyaya, ardınca Xorvatiyaya yollandım. 

 

- Bildiyimiz qədər sənin karyeranla bağlı vacib qərarları  baban verib. Bəs ölkə xaricinə gedərkən necə oldu?
- Özüm "Qarabağ"la anlaşmışdım. Ailəm, babam və böyüklərim dedilər ki, ölkə xaricinə getməyin məsləhətdi. Menecerlərlə görüşdüm,  "Tondelaya" keçməyə razılaşdıq. Ordan ayrıldıqdan sonra "Duqopolye" ilə müqavilə bağladım. Bu, biraz məcburi oldu. Transfer pəncərəsinin son günləri idi. Həm klubsuz qalmaq istəmirdim, həm də Avropada oynamaq istəyirdim. Amma orada yerlilərə daha çox üstünlük verirdilər. Bu səbəbdən daha az oyunlarda iştirak edirdim, Mövsümün sonunda müqaviləm bitəndə mənə 2 illik müqavilə və daha yüksək maaş təklif etdilər. Daha çox oynamaq istəyirdim. Bu səbəbdən təkliflərini rədd etdim.

 

 

- Xorvatiyadan sonra Azərbaycana qayıtdın. Yetirməsi olduğun "Xəzər Lənkəran"ın əzəli rəqibi "Neftçi" ilə anlaşdın...
- Mən "Neftçi"dən təklif alanda "Xəzər Lənkəran" yox idi. Qərarımda bu məqam böyük rol oynadı. "Xəzər Lənkəran" fəaliyyət göstərsəydi, başqa qərar qəbul edərdim. Hər kəs ona doğma olan bölgənin komandasında çıxış etmək istəyər. Amma indi vəziyyət belədi. "Xəzər Lənkəran" azarkeşlərinə təşəkkür edirəm ki, bu hərəkətimi anlaşıqlı qarşıladılar. Heç bir problem olmadı. Mən bu qərarı verərkən, səbrli oldum. Peşəkar futbolçunun həyatı belə olur. Mən də vəziyyəti dəyərləndirib, bu yöndə addım atdım.

 

- Karyeranla bağlı gələcək planların nədir?
- Bayaq dediyim kimi, "Neftçi"nin futbolçusuyam. Klubla yaya qədər müqaviləm var. Hazırda bütün diqqətimi burdakı çıxışıma yönəltmişəm.

 

Heybət Məmmədov

Tarix
01.12.17 [23:44]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio