Zidan fikrini dəyişdi - O, bu yay "Real"a gəlməlidi

14:08 2 Dekabr 2017

“Real” “Flamenqo”nun hücumçusu Vinisius Junioru daha tez, 2018-ci ilin yayında heyətə cəlb etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, “Real” rəhbərliyi artıq 17 yaşlı futbolçunun İspaniyaya gəlməyə hazır olduğu qənaətinə gəlib. AS nəşrinin iddiasına görə, rəhbərlik futbolçunun düşərgəyə gətirilməsi ilə bağlı qəti qərar qəbul edib.

 

Onun heyətdə olmasına “Real”ın baş məşqçisi Zinəddin Zidan da razılığını verib. Madrid klubu gənc futbolçunu bu ilin mayında 45 milyon avroya alıb.

 

Müqavilə rəsmi şəkildə 2018-ci ilin iyul ayında qüvvəyə minəcək. İlkin razılaşma zamanı Juniorun 2019-cu ilin yayına qədər “Flamenqo”da oynayacağı razılaşdırılmışdı.


Digər xəbərlər

Xəbər xətti