AMADA-nın meneceri: “Yeniyetmə ağır atletlər dopinqin zərərindən xəbərdardırlar” - AÇIQLAMA + VİDEO

18:42 2 Dekabr 2017

Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku keçirildiyi vaxtda AMADA-nın əməkdaşlarının iştirakı ilə maarifləndirmə tədbiri də baş tutub.

 

Sportarena.az xəbər verir ki, AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva AAAF TV-yə müsahibə verərək bu tədbirlərin mahiyyətindən danışıb:

 

“Əsas məqsədimiz təmiz idmanı təbliğ etməkdir. AMADA olaraq biz idmançılarla maarifləndirmə işlərinə başlamışıq və bir çox federasiyalarda bu işləri görmüşük. Bu gün isə ağır atletlərə yer ayırdıq. İstəyirik ki, maksimum dərəcədə idmançıları maarifləndirək. Biz burada bukletlər payladıq, antidopinqlə bağlı suallar təqdim etdik və idmançılar bu sualları cavablandıraraq biliklərini sınadılar. Gələcəkdə bütün federasiyalarla seminarlar təşkil etməyi də nəzərdə tutmuşuq. Həkimlər üçün də təlimlər olacaq. Bir sözlə, AMADA geniş formada maarifləndirmə işlərinə başlayıb. Çox şad oldum ki, yeniyetmə ağır atletlər antidopinqlə bağlı məlumatlıdırlar. Onlarla söhbətlər də oldu və bildirdilər ki, bu barədə onlara mütəmadi olaraq danışılır və sorğular keçirilir. Bu da onu göstərir ki, bu idmançılara yaxşı dərslər keçirilir”.

 


Xəbər xətti