Nəsirovun komandası darmadağına sevindi

10:30 3 Dekabr 2017

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 15-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Porto”nun B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

 

"Sportinq" hazırda 21 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti