Yunis Hüseynov: "Oyunla bağlı danışılası bir şey yoxdu"

11:09 3 Dekabr 2017

Topaz Premyer Liqasının 14-cü turunda evdə "Sumqayıt"a böyük hesabla (0:3) uduzan "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov matçla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Hüseynov rəqibin qələbəyə layiq olduğunu deyib:

 

"Rəqibi təbrik edirəm. Yaxşı oynayıb qələbə qazandılar. Oyunla bağlı danışılası bir şey yoxdu. Hər şey göz qabağındadı. Görüşdən razı qalmadım. Son iki oyunda 9 top buraxmışıq. Bu da onu göstərir ki, komandada çatışmazlıqlar həddindən artıq çoxdu. İndiki halda komandamız birinci dəstə klubları ilə eyni səviyyədədi. Yalan danışmayaq. Premyer Liqa təmsilçiləri ilə qarşılaşmalarda bunu gördük. Kubokda "Binə"ni məğlub etsək də, onlardan fərqlənmədik".


Digər xəbərlər

Xəbər xətti