"Barselona"da ciddi itki

13:51 3 Dekabr 2017

İspaniya La Liqasının 14-cü turu çərçivəsində keçirilmiş “Selta” ilə ev oyununda (2:2) zədə alan “Barselona”nın müdafiəçisi Samuel Umtitinin vəziyyətinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, “Nou Kamp”da keçirilən qarşılaşmanın ikinci hissəsində zədələnərək əvəzlənən fransalı futbolçu 8 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

 

Xatırladaq ki, 24 yaşlı müdafiəçi “Barsa”nın əsas üzvlərindəndi. O, cari mövsümdə 19 oyunda şans qazanıb.


Digər xəbərlər

Xəbər xətti