Ramiz Məmmədov: "Səhv etmələrinə haqq qazandırmaq olar"

19:13 3 Dekabr 2017

“Keşlə” Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov qarşılaşma ilə bağlı bunları deyib:

 

“Məlum səbəblərə görə komandamızın tərkibində futbolçuların sayı kasad idi. Təcrübəsiz futbolçuların kiçik səhvlərindən oyunu uduzduq. Ümumilikdə isə komanda verilən tapşırıqları yerinə yetirdi. Oyundan razı qalsam da, hesabdan narazıyam. Uşaqlar çox yaxşı futbol oynadılar. Nəyi bacarırlarsa, onu da göstərdilər. Sadəcə, təcrübəsizdilər, gəncdilər. Buna görə də, səhv etmələrinə haqq qazandırmaq olar.

 

Qış fasiləsində komandamıza ən azı 6-7 futbolçu lazımdı. Təcrübəsizlik özünü göstərir. Qış fasiləsindən sonra rəqiblərin asan qalib gəldiyi komanda olmayacağıq. Həm çempionat, həm də kubokda bacardığımız qədər irəliləməyə çalışacağıq”.


Xəbər xətti