Kamranın komandası uduzdu

10:45 4 Dekabr 2017

Futbol üzrə Çexiya çempionatında 16-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Praqa “Sparta”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

 

Kamran bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Geridə qalan turlarda 17 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.


Xəbər xətti