14-cü turun oyunlarını nə qədər azarkeş izlədi?

15:13 4 Dekabr 2017

 

Azərbaycan Premyer Liqasının bu il sonuncu - 14-cü turunu stadiondan izləmiş azarkeş sayı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, ən çox tamaşaçı əvvəlki turlarda olduğu kimi Gəncədə qeydə alınıb. 9500 azarkeş şəhər stadionunda “Kəpəz”in “Sumqayıt”a 0:3 hesablı məğlubiyyətinin canlı şahidi olub.

 

“Azərsun Arena”da keçirilmiş turun mərkəzi oyunu olan “Qarabağ” - “Neftçi” matçını (1:0) isə 3800 tamaşaçı tribunalardan izləyib.

 

Ən az azarkeş Qəbələdə qeydə alınıb. Çempionluq uğrunda mübarizə aparan “Qəbələ”nin “Keşlə” ilə oyunu (3:0) cəmi 300 tamaşaçının diqqətini çəkib.

 

Bir neçə aylıq fasilədən sonra “Bayıl Arena”ya qayıdan “Səbail”in “Zirə” ilə ev qarşılaşmasında (0:1) isə 350 azarkeş qeydə alınıb.

Ümumilikdə, turun 4 oyununu 13950 tamaşaçı (orta hesabla hər oyuna - 3487) izləyib.


Xəbər xətti