Millətlər Liqasına başqa qitə təmsilçiləri də cəlb olunacaq?

17:40 4 Dekabr 2017

Avropa Millətlər Liqasında başqa qitələrdən yığmalar da çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Mundo Deportivo” nəşri yayıb. Xəbərdə Avropanın ali futbol qurumunun prezidenti Aleksandr Çeferinin 2021-ci ildən etibarən turnirə digər qitələrdən də milli dəvət etməyi planlaşdırdığı qeyd edilib.

 

Cənubi Amerikadan 2, Asiya və Afrika qitələrinin isə hərəsindən 1 yığmanın Millətlər Liqasında çıxış edə biləcəyi vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti