Millimizin baş məşqçisi: "Rusiya kimi rəqib belə səhvləri bağışlamır"

10:49 5 Dekabr 2017

İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turniri çərçivəsində keçirilmiş Azərbaycan – Rusiya oyunundan sonra (4:3) hər iki komandanın baş məşqçisi fikirlərini bildirib.

 

Sportarena.z həmin açıqlamaları təqdim edir:

 

 Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Maraqlı oyun izlədik. Birinci hissədə hər iki komandanın bir neçə epizodda hesabı dəyişmək üçün şansları oldu. Amma rəqib bu imkanlardan daha yaxşı istifadə etdi. İkinci hissədə oyunumuzu bir qədər dəyişdik və hesabı bərabərləşdirdik. Ardıcıl səhvlərimiz oldu və Rusiya kimi rəqib belə səhvləri bağışlamır. Ümumi götürdükdə, hər iki komanda yaxşı çıxış etdi”.
 
Sergey Skoroviç (Rusiya millisinin baş məşqçisi): “Həmkarımla razıyam, həqiqətən də maraqlı oyun alındı. Oyunun gedişində həm biz, həm də rəqib üstünlük əldə etdi. Ancaq Azərbaycanın 5 meydan oyunçusu ilə yaxşı çıxış etdiyini bildirdik. Hətta bir gün əvvəl 5 oyunçu ilə çıxış etdikləri zaman İran millisinə qol vurduqlarını da gördük. Bunun qarşısını almaq istəyirdik. Təəssüf ki, tam istəyimizə nail ola bilmədik, çünki bizə də belə vəziyyətdə qol vurdular. Bu gün maksimum gücümüzdən istifadə etdik. Bərabər səviyyəli oyun keçdi, nəticəni son anda epizodları dəqiq tamamlayan komanda müəyyənləşdirdi. Oyunumuzdan razı qaldım”.


Digər xəbərlər

Xəbər xətti