Sportarena.az
17 Dekabr 2017

"Qarabağ"ın ÇL macərası məğlubiyyətlə bitdi - YENİLƏNİB

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasının qrup mərhələsində son turun görüşlərinə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” səfərdə “Roma” ilə üz-üzə gələcək. Bu oyunun qrupda mövqe baxımından “köhlən atlar” üçün heç bir əhəmiyyəti yoxdu. Belə ki, Qurban Qurbanovun yetirmələri İtaliya paytaxtından 3 xalla qayıdacağı təqdirdə belə son sıradan xilas olmayacaq. Lakin ölkə futbolu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin iştirakçısı olan "Qarabağ" üçün burda keçirdiyi hər bir oyun tarixi əhəmiyyətə malikdi. Buna görə, Ağdam təmsilçisi heyətdəki itkilərə baxmayaraq, "əbədi şəhər"dən xalla qayıtmaq üçün var qüvvəsini sərf edəcək.

 

Bu matçın "Roma" üçün də böyük əhəmiyyəti var. Belə ki, “canavarlar” 1/8 finala vəsiqəni təmin etmək üçün Ağdam təmsilçisini məğlub etməlidi.

 

Bu komandalar arasında Bakıda keçirilmiş oyun “Roma”nın 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

 

Çempionlar Liqası, C qrupu

5 dekabr

23:45 Roma (İtaliya) - Qarabağ (Azərbaycan) 1:0

Qol: Perotti, 53

Hakimlər: Tobias Stieler, Mayk Pikel, Yan Seydel, Kristian Gittelmann

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Harm Osmers (hamısı Almaniya) 
Roma. Olimpiya stadionu

 

 

Roma: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi

 

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson

Baş məşqçi: Eusebio de Françesko

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye

 

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

 

Baş məşqçi: Qurban Qurbanov 

Tarix
06.12.17 [01:37]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio