"Qəbələ" ikinci dövrənin ən yaxşısı oldu

15:59 5 Dekabr 2017

 

Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə yekun vurulub. Dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub.

 

Sportarena.az xəbər verir ki, yalnız 1 heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı “Qəbələ”di. “Qarabağ”la eyni - 18 xal toplayan “qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıb. “Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan “Qarabağ” müdafiənin etibarlılığında fərqlənib.

 

“Zirə” dövrənin 3-cüsü, “Neftçi” 4-cüsü olub. İkinci dövrədə keçirdiyi bütün oyunlarda uduzan “Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadı.

 

Qeyd edək ki, “Qarabağ” 16 xalla 6 oyun keçirdiyi 1-ci dövrənin qalibi olmuşdu.


Xəbər xətti