Romada "Qarabağ" üçün xareoqrafiya açdılar - FOTO

01:39 6 Dekabr 2017

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə İtaliaynın “Roma” klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu bu matçda dəstəksiz qalmayıb. Belə ki, “Olimpiko” stadionunda təmsilçimizi 300-ə yaxın azarkeş dəstəkləyib. Komandamız üçün ayrılmış ayrıca sektorda 160-dan çox azarkeş xüsusi fəallığı ilə seçilib. Onlar “Qarabağ”a dəstək olmaq üçün xüsusi xareoqrafiya da hazırlayıblar. Belə ki, fanatlar üçrəngli kağızlardan istifadə etməklə tribunada Azərbaycan bayrağını əks etdiriblər. Bundan başqa, fanatlar əllərində tutduğu ağ kağızlarda “QARABAĞ” yazısını da nümayiş etdiriblər. Azarkeşlərin əlində Azərbaycan bayraqları da olub.

 

Başqa bir sektorda isə təxminən 120 azarkeş komandamıza dəstək göstərib.

 


Digər xəbərlər

Xəbər xətti