Di Françesko: "Qarabağ" layiqli rəqib idi"

03:15 6 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda evdə "Qarabağ"ı məğlub edən (1:0) "Roma"nın baş məşqçisi Eusebio Di Françesko oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəssis birbaşa sualları cavablandırıb:

 

- Bu axşam qələbə qazansanız da, komandanız çox da möhtəşəm oynamadı. Sizin təəssüratlarınızı bilmək istərdik...
- Xüsusi təəssüratlarım yoxdu. Komandam qələbə qazanmağı çox istəyirdi. Buna məcbur idik. Birinci hissədə istədiyimiz kimi oynaya bilmədik. İkinci hissədə isə fəallaşdıq, qol vurduq, qələbəni təm etdik. Artıq indidən 1/8 final barədə düşünməyə başlamışıq. Bunu çox istəyirdik. Amma bununla kifayətlənmək olmaz. Daha da böyük uğurlar üçün çalışmalıyıq. Bu gün qələbəni çətinliklə təmin etdik. Amma asan qələbə qazanmaq da öyünüləsi bir şey deyil.

 

- Sizə elə gəlmir ki, “Roma”nı uğurlara daşıyan daha çox sol cinahın uğurlu çıxışıdı? 
- Doğrudan da komandamızın sol cinahı yaxşı çıxış edir. Futbolçularımız yaxşı vəhdət təşkil edirlər. Amma mən bütün komandadan daha yaxşı oyun gözləyirəm. Stefan Əl- Şaraavinin də çıxışını xüsusu qeyd edərdim. O da çox yaxşı çıxış edir. Ümumiyyətlə, bu gün oynayan, oynamayan hər bir futbolçumuz, bütövlükdə komandamız ÇL-də mərhələ keçməyimizi çox istəyirdilər.

 

- Bakıda keçirdiyiniz oyunda hansısa jurnalist sizin mətbuat konfransınızı kəsib canlı yayıma bağlansaydı, buna münasibətiniz necə olardı? Çünki bir qədər öncə “Qarabağ”lı həmkarınız “Sky Sports”un əməkdaşı tərəfindən belə bir münasibətlə üzləşdi...
- Mən həmişə jurnalistlərin bütün suallarına cavab verməyə çalışıram. İndi də futbol barədə olan suallarınızı məmnuyyətlə cavablayardım. Amma belə şəxsi məsələlər barədə suala cavab verməkdə çətinlik çəkirəm

 

- Sabah 1/8 finala vəsiqə qazanan bütün klubların adları bəlli olacaq. Siz güclü rəqiblərlə qarşılaşa bilərsiniz. Onların hansı ilə üz-üzə gəlməkdən qorxursunuz və ya hansıyla qarşılaşmaq istərdiniz?
- Təbii ki, “Roma” heç bir rəqibdən qorxmamalıdı. Hər bir komandayla oynamağa hazırıq. Kimdənsə çəkinsək, indiyə qədər dediyim sözlərin heç bir mənası olmaz. “Roma” hər bir rəqiblə bərabər səviyyədə mübarizə aparmağa hazır olmalıdı. 

 

- “Atletiko” “Qarabağ”la oyunlarda 4 xal itirdi. “Roma” da hər iki oyunda çətinliklə qalib gəldi. ÇL-də debüt edən bu rəqib barəsində fikirləriniz necədi?
- “Qarabağ” əla oyun nümayiş etdirdi. Yalnız ilk oyunu çıxmaq şərtilə. Çünki “Çelsi” ilə ilk oyunda sistem səhv idi. Ondan sonra həmin sistemdən istifadə etmədilər və çıxışları da uğurlu alındı. Layiqli rəqib idi. Xüsusilə bizim üçün. “Atletiko”nun qarşısını aldılar. Hansı ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edirdi.


Digər xəbərlər

Xəbər xətti