Sportarena.az
17 Dekabr 2017

İtaliya kanalından Qurban Qurbanova hörmətsizlik

12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən “Roma” – “Qarabağ” (1:0) matçından sonra Qurban Qurbanovun iştirakı ilə təşkil olunan mətbuat konfransında xoşagəlməz anlar yaşanıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi oyunla bağlı fikirlərini bildirən zaman “Sky Sport”un müxbiri konfransı kəsib canlı yayıma bağlanıb. Qurbanov da bu məqamda çıxışını dayandıraraq müxbirin canlı yayımını bitirməsini gözləyib. O, bunun üçün təxminən 45 saniyə gözləməli olub. Bu məqamda baş məşqçi müxbirə ona mane olduğuna dair iradını da bildirib.

 

Məsələ ilə bağlı azərbaycanlı jurnalistlər “Roma”nın baş məşqçisi Eusebio Di Françeskoya “eyni situasiya ilə siz qarşılaşsaydınız, buna münasibətiniz necə olardı?” sualını verib. O isə belə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Tarix
06.12.17 [03:21]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio