“Roma” - “Qarabağ” matçının ən yaxşısı o oldu

10:17 6 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Roma” - “Qarabağ” matçının (1:0) ən yaxşısı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, görüşün ən yaxşı futbolçusu “canavarlar”ın üzvü Dieqo Perotti seçilib. Bu barədə məlumatı UEFA-nın saytı yayıb. Argentinalı yarımmüdafiəçi qarşılaşmada vurulmuş yeganə qolun müəllifi olub.

 

Xatırladaq ki, “Qarabağ”la oyundakı qələbə ilə xallarının sayını 11-ə çatdıran “Roma” qrup mərhələsini birinci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti