Simeone: “Qarabağ”la oyunların cəzasını çəkdik"

10:32 6 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə “Çelsi” ilə heç-heçə edən (1:1) “Atletiko” növbəti mərhələyə vəsiqə qazana bilmədi. Qrup mərhələsini 3-cü pillədə başa vuran “hindular” mübarizəni Avropa Liqasında davam etdirəcəklər.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone oyundan sonrakı açıqlamasında “Qarabağ”la iki oyunda qeydə alınmış heç-heçələrin (1:1, 0:0) cəzasını çəkdiklərini deyib:

 

“Son iki oyunda 4 xal toplayaraq, yaxşı komanda olduğumuzu göstərdik. Lakin “Qarabağ”la oyunlarda 4 xal itirməyimizin cəzasını çəkdik. “Roma” digər komandalardan aşağı səviyyədə deyildi. Daha çox xal topladı və qrupu birinci pillədə başa vurdu. Yüksək rəqabətli qrupda mübarizə apardıq”.

 

Simeone Avroliqada da sona kimi mübarizə aparacaqlarını deyib:

 

“İştirak etdiyimiz hər turnirdə sona kimi mübarizə aparmağa borcluyuq. Bu oyunları da keçirməliyik və sona kimi mübarizə aparmağa çalışmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti