Sportarena.az
17 Dekabr 2017

“Neftçi” müraciət etdi, AFFA daha bir nəfərə ömürlük cəza verdi

12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda “Keşlə” klubunun məşqçi-metodisti Ağakişi Mehdizadə barədə qərar çıxarılıb:

 

“İnter” Peşəkar İdman Klubunun (hazırkı “Keşlə” klubu) və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin.

 

Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər".

Tarix
06.12.17 [12:22]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio