"Mlada" Kamran Ağayevlə yollarını ayırdı - İDDİA

13:21 6 Dekabr 2017

Azərbaycan millisinin qolkiperi Kamran Ağayev şərəfini qoruduğu Çexiyanın “Mlada” (Boleslav) klubundan göndərilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb.  Bildirilir ki, Ağayev baş məşqçinin istəyi ilə komandadan göndərilib. O, gözləntilərə cavab vermədiyi üçün müqaviləsinə xitam verilib. 

 

Qeyd edək ki, millimizin qapıçısı yay transfer pəncərəsi zamanı azad agent kimi "Mlada" ilə müqavilə bağlamışdı


Xəbər xətti