AFFA "Qarabağ"ı cərimələdi - Azarkeşlərinə görə

Sportarena.az      6 Dekabr 2018, 15:23

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqası, 1-ci divizion və əvəzedici heyətlərin son turlarında, həmçinin ölkə kubokunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

 

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Qarabağ” - “Neftçi” matçının 26-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur .

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 14-cü turunun “Səbail” - “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur .

 

Əvəzedici heyətlərin 14-cü turunun “Qəbələ” - “Keşlə” matçının 44-cü dəqiqəsində “Keşlə” klubunun məşqçisi Üzeyir İbrahimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

 

Azərbaycan 1-ci divizionunun 12-ci turunun “Mil-Muğan” - “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Bayram Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

Birinci divizionun 12-ci turunun “Zaqatala” - “Sabah” matçının 40-cı dəqiqəsində “Sabah” klubunun futbolçusu Cavad Kazımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Oyunun 88-ci dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Osman Qurbanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra Osman Qurbanov hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Şüvəlan” - “Səbail” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Qəbələ” - “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 83-cü dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Samir Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin MOİK - “Keşlə” matçında MOİK klubunun xərəkdaşıyan usaqlarla təmin etməməsinə görə klub klub 80 manat cərimə olunur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin